İŞİD bir çox qәsәbәdәn ayrılmaq mәcburiyyәtindә qaldı

İraq və Suriyada terror təşkilatı İŞİD ilə mübarizə davam edir.

202942
İŞİD bir çox qәsәbәdәn ayrılmaq mәcburiyyәtindә qaldı

İraq və Suriyada terror təşkilatı İŞİD ilə mübarizə davam edir.
İraq Ordusu və Peşmәrgә qüvvәlәrinin, ABŞ liderliyindəki koalisiyanın dəstəyi ilə başlatdığı əməliyyat nəticəsində, İraqın Diyala vilayətinin Celevla və Sadiyә qəsəbələrinә nәzarәt әlә keçirilib.
Bölgədəki əməliyyat əsnasında baş verәn qarşıdurmada isə 20 Peşmәrgәnin öldüyü, 40-nın yaralandığı bildirilir.
Strateji әhәmiyyәtә sahib iki qəsəbəyә nәzarәti itirən terror təşkilatı İŞİD-in, Diyalada zəifləyəcəyi müdafiə olunur.
Suriyanın Kobani şәhәrindәki qarşıdurmalar isә davam edir. Xarabalığa çivrilәn şəhərdən yüksələn dumanlar sərhədin Türkiyə tərəfindən də görülür.
Əsəd rejimiylə müxaliflər arasındakı qarşıdurmalar da, ölkənin dörd bir tərəfində davam edir .

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr