Daha 30 İŞİD silahlısı öldürülüb

Ordu ilə silahlılar arasında qarşıdurmalar davam edir.

202293
Daha 30 İŞİD silahlısı öldürülüb

İraqda ordu ilə silahlılar arasında qarşıdurmalar davam edir.
Hit bölgəsində 30 İŞİD silahlısı öldürülüb. İraq ordusu, polislə birgə Hit bölgəsində havadan da dəstəklənən əməliyyat həyata keçirib. Əməliyyat zamanı 20 silahlı yaralanıb.
Ənbar şəhərində isə beynəlxalq koalisiyanın təşkil etdiyi hava hücumunda 5 nəfər həyatını itirib, 10-u isə yaralanıb.
Digər tərəfdən, Mosulda iki gündür aramsız yağan yağışlardan sonra 60 cəsədin olduğu toplu məzar aşkarlanıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr