Yağış 300 nəfərin xəstəxanaya düşməsinə səbəb oldu

Xuzestan əyalətinin Əhvaz şəhərində iki gün ərzində yağan yağışlar hәyatı iflic edib

199329
Yağış 300 nəfərin xəstəxanaya düşməsinə səbəb oldu

İranın Xuzestan əyalətinin Əhvaz şəhərində iki gün ərzində yağan yağışlar 300 nəfəri xəstəxanaya getməyə məcbur edib. Ölkənin Səhiyyə Nazirliyinin Əhvaz şəhəri üzrə idarəsinin rəis müavini İrəc Nəzəri deyib ki, yağışdan sonra insanlarda nəfəsalma çətinləşib və 300 nəfər tənəffüs problemləri ilə əlaqədar xəstəxanalara müraciət edib. Nəzəri ağciyər və ürək xəstəliklərindən əziyyət çəkənlərə və immun sistemi zəif olanlara yağış zamanı evdən çıxmamağı məsləhət görüb. Son illərdə Xuzestan əyalətində turşu yağışı əhali üçün müxtəlif problemlər yaradır. İranın Ekologiya Təşkilatının Xuzestan əyaləti üzrə idarəsi elan edib ki, turşu yağışının başvermə səbəbləri araşdırılır. Xuzestan əyalətinin Əhvaz şəhəri və şəhərin ətrafında turşu yağışlarının yağmasına səbəb kimi neftlə və sənaye obyektlərinin fəaliyyəti nəticəsində çirklənmə, şəkər çuğunduru tullantılarının yandırılması, zibillərin həddən artıq toplanması və havanın rütubətinin 95 faiz olması göstərilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr