Azərbaycan Ordusu şəhid verib

1995-ci ildə Astara rayonunda anadan olan Əzizov Rüstəm İzzət oğlu döyüş postunda şəhid olub.

199742
Azərbaycan Ordusu şəhid verib

Azərbaycan Silahlı qüvvələrinin əsgəri, 1995-ci ildə Astara rayonunda anadan olan Əzizov Rüstəm İzzət oğlu döyüş postunda şəhid olub. Müdafiə nazirliyindən verilən məlumata görə ötən gecə cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 40 dəfə pozulub. Ağdam rayonunun Şıxlar, Sarıcalı, Qaraqaşlı, Kəngərli, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub. Qarşı tərəf cavab atəşi ilə susdurulub



Etiketlәr:

Әlaqәli Xәbәrlәr