"Azərbaycanlı girovlar üzərində qurulan məhkəmə geyri qanunidir"

Georgi Sereteli: "ATƏT PA tanınmamış Dağlıq Qarabağ respublikası”nda azərbaycanlı girovlar üzərində qurulan məhkəmə qanuni deyil"

195280
"Azərbaycanlı girovlar üzərində qurulan məhkəmə geyri qanunidir"

ATƏT Parlament Assambleyasının vitse-prezidenti Georgi Sereteli, ATƏT PA tanınmamış Dağlıq Qarabağ respublikası”nda azərbaycanlı girovlar üzərində qurulan “məhkəmə”nin qanuni olmadığını bildirib. Onun sözlәrinә görә BMT və digər beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınması faktını nəzərə alaraq keçirilən “məhkəmə” qanunsuzdur. Oxşar məhkəmələr tanınmamış Abxaziyada da keçirilə bilər, amma biz onu tanımırıq. Girovlarla bağlı məsələni biz hələ ATƏT PA-da müzakirə eləməmişik, amma onu deyə bilərəm ki, bu, beynəlxalq prinsiplərə uyğun olmalıdır və məsələ bu yolla həll edilməlidir.
Vitse-prezident ATƏT-in girovların qaytarılması üçün hansı addımları atacağı barədə suala, ATƏT-in müvafiq qurumları, bununla məşğul olurlar deyә cavab verib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr