İtaliya İraqa hərbi təyyarələr göndərəcək

İtaliya “İslam dövləti” qruplaşması ilə mübarizə məqsədilə İraqa 4 təyyarələrini göndərəcək.

193399
İtaliya İraqa hərbi təyyarələr göndərəcək

İtaliya “İslam dövləti” qruplaşması ilə mübarizə məqsədilə İraqa 4 “Tornado” qırıcı-bombardman və “Thunderbolt” təyyarələrini göndərəcək. Təyyərələr əməliyyat keçirilən bölgəyə noyabrın sonlarınadək göndəriləcək, lakin uçuşlar Küveytdəki bazadan həyata keçiriləcək. Onlardan əsasən kəşfiyyat məqsədilə istifadə olunacaq. Qeyd edək ki, təyyarələrin İraqa göndərilməsi haqda qərarı İtaliya Müdafiə Nazirliyi parlamentin icazəsi olmadan qəbul edib. Hazırda İraqda 280 nəfər italiyalı təlimçi fəaliyyət göstərir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr