Çiçək ilə Arınç, Şimali Qıbrıs Türk Cümhuriyyətinə səfər edib

Cəmil Çiçək ilə Bülent Arınç, Şimali Qıbrıs Türk Cümhuriyyətinin quruluşunun 31-ci ildönümü münasibətilə keçirilən tədbirlərdə iştirak etmək üçün bu ölkəyə səfər edib.

190278
Çiçək ilə Arınç, Şimali Qıbrıs Türk Cümhuriyyətinə səfər edib

Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək ilə Baş nazir müavini Bülent Arınç, Şimali Qıbrıs Türk Cümhuriyyətinin quruluşunun 31-ci ildönümü münasibətilə keçirilən tədbirlərdə iştirak etmək üçün bu ölkəyə səfər edib.
Çiçək, Arınç və nümayəndə heyəti əvvəlcə prezident Derviş Eroğlu tərəfindən qəbul edilib.
Prezident Sarayında keçirilən görüşdə Eroğlu, Şimali Qıbrıs Türk Cümhuriyyətinin Ana Vətən Türkiyənin dəstəyi ilə yarandığını ifadə edərək, Qıbrıs xalqı adından təşəkkürlərini bildirib.
Məclis sədri Cəmil Çiçək isə bayramın yalnız Qıbrıslı Türklərin deyil Türkiyənin də bayramı olduğunu ifadə edərək "Qıbrıs mǝsǝlǝsi bizim milli mǝsǝlǝmizdir, Ana Vətən Türkiyə bunun arxasındadır" deyib.
Baş nazirin müavini Arınç da, güclü bir heyətlə Qıbrısı ziyarət etdiklərini ifadə edərək hər sahədə Qıbrıs xalqının dincliyi üçün səy göstərdiklərini deyib.
Nümayǝndǝ heyǝti daha sonra Şimali Qıbrıs Türk Cümhuriyyǝti Mǝclis sǝdri Sibel Siber ilǝ bir araya gǝlib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr