General Galip Mende, Şimali Qıbrıs Türk Cümhuriyyətinə səfər edi

General Mendi, prezident Derviş Әroğlu, Məclis Başçısı Sibel Siber və Baş nazir Özkan Yorğancıoğlu tərəfindən qəbul edilib.

189282
General Galip Mende, Şimali Qıbrıs Türk Cümhuriyyətinə səfər edi

Әgǝ Ordu Komandiri general Galip Mende, Şimali Qıbrıs Türk Cümhuriyyətinə səfər edib.
General Mendi, prezident Derviş Әroğlu, Məclis Başçısı Sibel Siber və Baş nazir Özkan Yorğancıoğlu tərəfindən qəbul edilib.
Baş Qərargah rǝsini təmsil edən Әgǝ Ordu komandiri general Galip Mende, Şimali Qıbrıs Türk Cümhuriyyətinin Prezidenti Derviş Eroğlu tərəfindən Prezident Sarayında qəbul edilib.
Eroğlu, general Mendinin Şimali Qıbrısda 5 il çalışdığını xatırladaraq, 15 Noyabrda Şimali Qıbrısda Türk Cümhuriyyətinin 31-ci ildönümü münasibətilə keçiriləcək bayram mərasiminə qatılmasından məmnun olduğunu ifadə edib.
Prezident Eroğlu "Türk Silahlı Qüvvələri bizim ən böyük inam yerimizdir. 1974-cü il sülh hərəkatı bizi bu gün Respublikamızın 31-ci ildönümünü qeyd etməyə gətirib çıxardı. Bu vasitə ilə Türkiyəyə bir dəfə daha minnətdarlığımı bildirirəm” deyib.
General Galip Mende isə Baş Qərargah rəisi Necdət Özelin salamlarını çatdırıb, hər zaman olduğu kimi bundan sonra da Ana Vətən Türkiyənin, Şimali Qıbrıs Türk Cümhuriyyətinin yanında olacağını söyləyib. General Mendi daha sonra Respublika Məclisinin sədri Sibel Siber və Baş nazir Özkan Yorgancıoğlu ilə də görüşüb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr