Azərbaycan-Ermənistan cəbhə xəttində gərginlik

Ermənistan ordusunun hərbi helikopteri Azərbaycanın hava məkanını pozduğu üçün Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulub.

188049
Azərbaycan-Ermənistan cəbhə xəttində gərginlik

Ermənistan ordusunun hərbi helikopteri Azərbaycanın hava məkanını pozduğu üçün Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulub.
Əraziyə Azərbaycan Silahlı Qüvvələrinin texnikası və şəxsi heyəti cəlb olunub. Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan Silahlı Qüvvələri tərəfindən keçirilən son təlimlər zamanı düşmən hərbi aviasiyası cəbhəyanı zonada 3 gündür ki, provokasiya xarakterli uçuşlar həyata keçirir. Davamlı olaraq Azǝrbaycan mövqeləri üzərində döyüş manevrləri yerinə yetirən düşmən hərbi aviasiyası bu gün daha açıq şəkildə döyüş kursuna çıxaraq uçuşlar keçirməklə mövqelərǝ atəş açmağa cəhd edib. Azǝrbaycan qoşunları tərəfindən açılan cavab atəşi nəticəsində Ermǝnistana ordusuna aid hǝrbi helikopteri məhv edilib. Hadisə Cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində baş verib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr