Ukraynada bir mәktәbdә faciә baş verib

Mәktәbin inman meydançasına top mәrmisi düşüb: İki şagird ölüb

183007
Ukraynada bir mәktәbdә faciә  baş verib

Ukraynanın şərqində məktəbdə 2 gənc həlak oldu
Ukraynanın şərqindəki Donetsk vilayətindəki məktəblərdən birinin idman meydançasına top mərmisi düşüb. Nəticədə 14 və 18 yaşlarında iki gənc həlak olub, 4-ü yaralanıb. Ukraynada atəşkəsin pozulacağı ilə bağlı narahatlıqlar artarkən, ATƏT-in, bölgədəki müşahidəçi vəzifəsini genişləndirməyi planlaşdırdığı açıqlanıb. Planlaşmaya görə, ilin sonuna qədər müşahidəçilərin sayı 500-ə çıxacaq. Rusiya tərəfdarları və Ukrayna ordusu arasında baş verən qarşıdurmalarda, aprel ayından indiyədək bölgədə 4 mindən çox insan həlak olub.



Etiketlәr:

Әlaqәli Xәbәrlәr