Türkiyә-İraq әlaqrindә yeri bir dövr başlayır

İraq xarici işlər naziri İbrahim Cəfəri bu çərçivədə Türkiyəyə ilk rəsmi səfər reallaşdırıb.

182574
Türkiyә-İraq әlaqrindә yeri bir dövr  başlayır

İraqda hökumətin formalaşması nәticәsindә Türkiyə-İraq münasibətlərində yeni dövr başlayıb.
İraq xarici işlər naziri İbrahim Cəfəri bu çərçivədə Türkiyəyə ilk rəsmi səfər reallaşdırıb.
Cəfəri paytaxt Ankaraya sәfәri çәrçivәsindә xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə bir araya gəlib. İki həmkarın görüşü zamanı diplomatik, xüsusi və xidmət pasaport sahiblәrinә tәtbiq edilәn viza rejiminin qarşılıqlı olaraq lәğv edilmәsinә dair razılaşma imzalanıb.
Danışıqlardan sonra tәşkil edilәn birgә mәtbuat konfransında iki ölkə əlaqələrinin inkişafı istiqamәtindә yeni addımların atıldığı vurğulanıb.
Çavuşoğlu, "hökumətin formalaşması ilә İraqda problemlәrin həllinә dair müdafiә etdiyimiz yeni və əhatəli siyasәtin izlәnilmәyә başlanılmasını yüksәk qiymәtlәndiririk. İŞİD və terrora qarşı mübarizə mövzusunda Türkiyənin İraqa dәstәyi davam edәcәk” deyib.
Cəfəri də, "Ortaq mövqeylәri olan dost və qonşu Türkiyə ilə yeni bir səhifə açacayıq deyә vurğulayıb.
İraq neftinin satın alınmasına İraq qanunları çәrçivәsindә davam ediləcəyi ifadә edilәn danışıqlarda, Türkiyənin İraqa terrora qarşı mübarizә mövzusunda verəcəyi dәstәk tәhlil edilib.
Cəfəri reallaşdırdığı rәsmi sәfәr çәrçivәsindә prezident Rəcəb Tayyib Ərdoğan, Məclis Başçısı Cəmil Çiçək və Baş nazir Əhməd Davudoğlu ilə də ayrı-ayrı görüşəcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr