Kanadaya mǝxsus qırıcılar İŞİD hǝdǝflǝrini vurub

general Jonathan Vance bildirib ki, iraqlı dinc ǝhalinin su yolunu bağlayan İŞİD silahlıları, hava ǝmǝliyyatı nǝticǝsindǝ mǝhv edildi.

181207
Kanadaya mǝxsus qırıcılar İŞİD hǝdǝflǝrini vurub

Kanadaya mǝxsus qırıcılar İŞİD hǝdǝflǝrini vurub.
Kanada Silahlı Qüvvǝlǝrindǝn general Jonathan Vance, tǝşkil etdiyi mǝtbuat toplantısında, Kanada qüvvǝlǝrinin ǝmǝliyyatlara verdiyi dǝstǝyǝ dair mǝlumat verǝrǝk bildirib ki, iraqlı dinc ǝhalinin su yolunu bağlayan İŞİD silahlıları, hava ǝmǝliyyatı nǝticǝsindǝ mǝhv edildi.
Fǝrat çayının sahilindǝ İŞİD-ǝ mǝxsus iş maşınlarının da sıradan çıxarıldığını qeyd edǝn general, koalisiya qüvvǝlǝrilǝ birlikdǝ hǝrǝkǝt edǝn Kanada döyüş tǝyyarǝlǝri vǝ digǝr hava ünsürlǝrinin, indiyǝdǝk 27 dǝfǝ havalandıqlarını bildirib.
Әmǝliyyatlar zamanı dinc ǝhalinin zǝrǝr görmǝdiyini qeyd edǝn general Vance, daha sonra Kanada Federal Parlamentin Müdafiǝ Komitǝsinǝ ǝmǝliyyat haqqında mǝlumat verib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr