Yəməndə siyasi böhran

Yəməndə siyasi böhrana həll yolu tapmaq uğrunda sәylәr davam edir.

178082
Yəməndə siyasi böhran

Yəməndə siyasi böhrana  həll yolu tapmaq üçün sәylәr davam edir.
Aralarında şiə Husilər ilə separatçı Cənubi Hərəkatın da olduğu siyasi partiyalar texnokrat hökumətinin qurulması üçün razılığa gəlib. Bunun
ölkədəki siyasi böhrandan çıxış yolu üçün bir fürsət ola biləcəyi ehtimal olunur. Ötən ay Paytaxt Sananı ələ keçirən üsyançı şiə Husilər isə prezident Mənsur Hadiyə ultimatum verərək hökumətin 10 gün içində qurulmasını istəyib. Ölkədəki qarşıdurmalar isə davam edir. Husi xadimlər Cəbəl Rasta təhlükəsizlik qüvvələri ilə qarşıdurmalardan sonra mahalı ələ keçirərkən, hadisələr zamanı 8 əsgər həlak olub. Yəməndə keçmiş dövlət başçısı Əli Abdullah Salehin istefa verməsindən sonra 2011-ci ildə ölkədə baş verən qiyamdan sonra sabitlik və təhlükəsizlik problemi davam edir. Cənubda separatçı Cənub Hərəkatı, Yəmən təhlükəsizlik qüvvələri ilə ziddiyyət təşkil edir. Şimalda isə şiə Husilər ilə Sünni tayfalar və ordu arasında tez-tez qarşıdurma yaşanır. İllərdir qarşıdurmaların əsarətində qalan ölkədə 10 milyon insan aclıq içində yaşayır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr