Mursidәn müzakirələri qәbul etmәdiyinә dair mesaj

Məhəmməd Mursi, inqilabın dəyişmәz pirinsiplәri və şəhidlərin qanı üzərinə edilən bütün müzakirə cəhdlərini rədd etdiyini açıqlayıb.

171117
Mursidәn müzakirələri qәbul etmәdiyinә dair mesaj

Misirdə hәrbi çevriliş ilә iqtidardan kәnarlaşdırılan seçilmiş prezident Məhəmməd Mursi, inqilabın dəyişmәz pirinsiplәri və şəhidlərin qanı üzərinə edilən bütün müzakirə cəhdlərini rədd etdiyini açıqlayıb.
Mursinin, Hicri yeni il səbəbiylə tərəfdarları üçün göndərdiyi və "Misir Ərəb Respublikasının Prezidenti" adından deyә yazdığı mesaj, sosial şəbəkə səhifəsində yerlәşdirilib.
Mesajda, “Bütün sәmimiyyәtimlә şəhidlərin qanı və inqilabın dəyişməz pirinsiplәri üzərinə edilən müzakirə cəhdlərini qәbul etmәdiyimi və rədd etməkdә davam edəcəyimi bildirirәm” deyilib.
Xatırladaq ki, Məhəmməd Mursi, 3 İyul 2013-dә hәyata keçirilәn hәrbi çevriliş nəticəsində vəzifəsindən kәnarlaşdırıldı, aylarla bilinməyən bir yerdə saxlanıldıqdan sonra, hakim qarşısına çıxarıldı. Təxminən 1 ildir Burcul Ərəb həbsxanasında olan Mursinin әleyhindәki ittihamlardan heç birinә dair qәrar qәbul edilmәyib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr