"İŞİD kimyǝvi silahdan istifadǝ etmiş ola bilǝr"

İŞİD-in kimyǝvi silahdan istifadǝ etdiyi barǝdǝ iddialar irǝli sürülüb.

169940
"İŞİD kimyǝvi silahdan istifadǝ etmiş ola bilǝr"

İŞİD-in kimyǝvi silahdan istifadǝ etdiyi barǝdǝ iddialar irǝli sürülüb.
Esoşeytid Press, İraqda, İŞİD silahlılarının “xlorin”dǝn istifadǝ etdiyini iddia edib.
Agentliyǝ mǝlumat verǝn 3 iraqlı sǝlahiyyǝtli, sentiyabr ayında 2 qǝsǝbǝdǝki atışmalarda, İŞİD silahlılarının “silindr şǝklindǝ xlorin qazı dolu bombalar”dan istifadǝ etdiyini irǝli sürüb.
İraqlı sǝlahiyyǝtlilǝr, hücumlarda 40 İraq ǝsgǝri vǝ şiǝ silahlıların xlorindǝn yüngül zǝhǝrlǝndiyini bildirib.
Әsgǝrlǝrin hǝrbi xǝstǝxanada müalicǝ edildiyi vǝ qısa müddǝtdǝ sağaldığı qeydedilib.
İŞİD partizanlarının xlorin qazını bölgǝdǝki su tǝmizlǝmǝ anbarlarından ǝldǝ etmiş ola bilǝcǝklǝri dilǝ gǝtirilir.
İraq kǝşfiyyat mǝnbǝlǝri daha öncǝ xlorin qazı dolu bombaların İŞİD-in ǝlindǝ olduğunu iddia etmişdi.
Bu barǝdǝki iddianı, sentiyabr ayında ilk dǝfǝ Waşinqton Post gündǝmǝ gǝtirmişdi.
Kürd qruplar, İŞİD-in Kobanidǝ dǝ xlorin qazından istifadǝ etdiyini irǝli sürmüşdü.
Cǝnubi Koreyaya sǝfǝri zamanı mövzuya dair sualları cavablandıran ABŞ Dövlǝt katibi Con Kerri, xlorin qazı ilǝ bağlı xǝbǝrlǝri tǝsdiq edǝ bilmǝyǝcǝyini bildirib. Ancaq iddiaları “çox ciddi” olaraq dǝyǝrlǝndirǝn Kerri, mǝsǝlǝni araşdıracaqlarını deyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr