Türkiyǝ ilǝ müsbǝt görüşlǝr keçirildi

ABŞ, İŞİD ilǝ mübarizǝ mövzusunda Türkiyǝ ilǝ müsbǝt görüşlǝr keçirdiyini açıqlayıb.

159966
Türkiyǝ ilǝ müsbǝt görüşlǝr keçirildi

ABŞ, İŞİD ilǝ mübarizǝ mövzusunda Türkiyǝ ilǝ müsbǝt görüşlǝr keçirdiyini açıqlayıb.
ABŞ Müdafiǝ Nazirliyi Pentaqon tǝrǝfindǝn verilən açıqlamada, ölkǝ sǝlahiyyǝtlilǝrinin Ankarada görüşlǝr keçirdiklǝri, bu görüşlǝrdǝn sǝmǝrǝli nǝticǝlǝr ǝldǝ edildiyi bildirilib.
Açıqlamada, görüşlǝrdǝ, rǝsmi Ankaranın İŞİD ilǝ mübarizǝ mövzusuna dayağının müzakirǝ edildiyi bildirilib, ancaq detallı mǝlumat verilmǝyib.
ABŞ Dövlǝt Departamenti dǝ, İŞİD-lǝ mübarizǝ çǝrçivǝsindǝ Suriyanın şimalındakı Kürd qrupla ilk dǝfǝ bölgǝdǝn kǝnarda birbaşa görüş keçirildiyini bildirib.
Silahlı Kürd qrup, Kobanidǝ İŞİD-i bǝzi mǝhǝllǝlǝrdǝn çıxardığını, bǝzi silahlıları ǝlǝ keçirdiyini açıqlayıb.
Digǝr tǝrǝfdǝn, İŞİD-in İraqda Bağdad vǝ ǝtrafında hǝyata keçirdiyi hücumlarda 50-dǝn artıq insan ölüb. İŞİD, Bağdadda bǝzi bölgǝlǝrǝ nǝzarǝti ǝlǝ keçirdiyini irǝli sürüb.
Qeyd edǝk ki, Bağdaddakı bombalı hücumlarda da son 4 gündǝ 162 nǝfǝr ölüb.
Amerikalı hǝrbi sǝlahiyyǝtlilǝr, İŞİD-in hücumlarının artırmasına baxmayaraq, Bağdadın hǝlǝ ǝlǝ keçirilmǝ tǝhlükǝsinin olmadığını bildirib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr