İrandan neftlə bağlı açıqlama

İran büdcəsi neftdən gələn gəlirlə təmin edilir.

159515
 İrandan neftlə bağlı açıqlama

İranın Milli Neft Şirkətinin rəhbəri Rüknəddin Cavadi paytaxt Tehranda jurnalistlərə müsahibəsi zamanı ölkə büdcəsinin neftdən gələn gəlirlə təmin edildiyini, ancaq qiymətlərdəki enişdən narahatlıq keçirmədiklərini söyləyib. Son günlərdə Səudiyyə Ərəbistanının İran və Rusiyanın əleyhinə olacaq şəkildə neft qiymətlərində endirim edəcəkləri xəbərlərinə toxunan Cavadi qiymətlərdəki çöküşün keçici olduğunu və önümüzdəki ay Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) konfransında da neft qiymətləri ilə bağlı qərar veriləcəyini deyib. Cavadi həmçinin Rusiyanın İranda neft sənayesinə investisiya qoymaq istədiyini də söyləyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr