Xǝzǝr dǝnizindǝ ortaq hǝrbi tǝlim

Azǝrbaycan vǝ Rusiya dǝniz qüvvǝlǝri Xǝzǝr dǝnizindǝ birgǝ hǝrbi tǝlim keçirǝcǝk.

156919
Xǝzǝr dǝnizindǝ ortaq hǝrbi tǝlim

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov rusiyalı həmkarı, ordu generalı Sergey Şoyqunu qəbul edib.
Geniş tərkibdə keçirilən görüşdə Zakir Həsənov iki ölkə arasında əməkdaşlığın dostluq münasibətləri və qarşılıqlı inam üzərində qurulduğunu, bu əlaqələrin daim inkişaf etdiyini bildirib.
Sergey Şoyqu iki ölkǝ arasındakı əlaqələrin möhkəm dostluq münasibətlərinə əsaslandığını, Rusiyanın Azərbaycanın vacib tərəfdaşı olduğunu qeyd edib.
Görüşdǝ, iki ölkə arasında beynəlxalq və regional təhlükəsizlik, Xəzərdə hərbi əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb, ikitərəfli hərbi texniki və hərbi təhsil sahələrində əməkdaşlığın əsas inkişaf istiqamətləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Görüşün sonunda müdafiə nazirləri iki ölkə arasında 2015-ci il üçün Əməkdaşlıq Planını imzalayıblar.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr