İranda tәyyarә qәzaya düşüb

Tehrandan Zahidana gedən tәyyarә qәzaya uğrayıb.

153882
İranda tәyyarә qәzaya düşüb

Tehrandan Zahidana gedən İran təhlükəsizlik qüvvələrinə aid təyyarənin qəzaya uğraması nəticəsində 7 nəfər dünyasını dəyişib. İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumaına görə Zahidan əyalətinin Seravan bölgəsində təhlükəsizlik qüvvələrinə qarşı təşkil edilən hücumu araşdıracaq qrupun olduğu təyyarə Zahidanın Queyş mahalı yaxınlarında qəzaya uğrayıb. Təyyarədəki 4 təhlükəsizlik əməkdaşı və 3 ekipaj üzvü həlak olub. Qəzanın səbəbləri araşdırılır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr