Ruhani nüvə müzakirələrini davam etdirəcəklərini açıqlayıb

Ruhani televiziya vasitəsilə etdiyi çıxışında razılaşma ilə bağlı bir çox detalları açıqlamayıb.

150835
Ruhani nüvə müzakirələrini davam etdirəcəklərini açıqlayıb

Ruhani nüvə müzakirələrini davam etdirəcəklərini açıqlayıb.
İran prezidenti Həsən Ruhani Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya ilə görüşdə birliyin gəldiyi son razılaşmanın müzakirələrinə davam ediləcəyini açıqlayıb.
Həsən Ruhani danışıqlarda ölkəsinin uranın zənginləşdirilməsində "miqdar" məsələsinin önə çıxdığını ifadə edib. Ruhani televiziya vasitəsilə etdiyi çıxışında razılaşma ilə bağlı bir çox detalları açıqlamayıb. İranın Xarici İşlər Nazirliyi də müzakirələrin gələn həftənin sonundan Vyanada başlayacağını bildirib.
Müzakirələr İranın uranı hansı nisbətdə zənginləşdirəcəyi məsələsi  üzərində aparılacaq. Yekun razılaşma üçün son gün noyabrın 24-ü olaraq təyin olunub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr