"Qərar Rum tərəfinin səmimi olmadığını bir daha göstərdi"

Şimali Qıbrıs Türk Respublikasının Prezidenti Dərviş Әroğlu Rum tərəfinin müzakirə masasından çəkilməsinə dair fikirlərini açıqlayıb.

150638
"Qərar Rum tərəfinin səmimi olmadığını bir daha göstərdi"

Şimali Qıbrıs Türk Respublikasının Prezidenti Dərviş Әroğlu Rum tərəfinin müzakirə masasından çəkilməsinə dair fikirlərini açıqlayıb.
Әroğlu Qıbrıs Rum Rəhbərliyinin Başçısı Nikos Anastasiadisin Rum siyasi partiya rəhbərləri ilə etdiyi yığıncağın ardından görüşlərdən çəkilmə qərarı alındığının açıqlanmasının səhv bir mövqe olduğunu söyləyib. Prezident "görüşmədən geri çəkilmə Qıbrıs məsələsində həqiqətlərə uyğun gəlmir və Qıbrıs Türk xalqının haqqını, hüququnu heçə saymaq kimi anlaşılır" deyib.
Әroğlu bildirib ki, Rum tərəfi bu mövqeyi ilə Qıbrıs mövzusunun danışıqlar yolu ilə həll olunmasında səmimi olmadıqlarını bir daha göstərdi. "Biz, Qıbrıs məsələsinin həqiqət əsasında həllində dünən olduğu kimi bu gün də varıq" deyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr