İŞİD-in nəzarətindəki 93–cü diviziya bombalanıb

Ayn Əl Ərəb kimi də tanınan Kobani qəsəbəsində şiddətli küçə qarşıdurmaları da davam edir.

213913
İŞİD-in nəzarətindəki 93–cü diviziya bombalanıb

ABŞ-ın rəhbərliyi altındakı koalisiya qüvvələrinə aid qırıcı təyyarələr Suriyanın Rakka şəhərində terror təşkilatı İŞİD-in nəzarətindəki 93 –cü diviziyanı bombalayıb.
Ayn Əl Ərəb kimi də tanınan Kobani qəsəbəsində şiddətli küçə qarşıdurmaları da davam edir. Birləşmiş Millətlər Təşkilatı beynəlxalq ictimaiyyətdən qəsəbəyə müdaxilə edilməsini istəyib. Qəsəbənin cənub-şərqinə doğru irəliləyən İŞİD sənaye bölgəsi də daxil 3 məhəllədə nǝzarǝti öz əlinə keçirsə də Kobani hələ də kürd qrupların əlindədir.
Son günlər şiddətli qarşıdurmaların yaşandığı bölgədəki bəzi binalarda İŞİD terror təşkilatının bayraqları asılıb. Hər iki tərəfdən də çoxlu sayda ölən və yaralıların olduğu bildirilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr