Xəzəryanı ölkələrin dövlət başçılarının sammiti

Dünən Rusiya Federasiyasının Həştərxan şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının IV sammiti baş tutub.

144867
Xəzəryanı ölkələrin dövlət başçılarının sammiti

Dünən Rusiya Federasiyasının Həştərxan şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının IV sammiti baş tutub.
Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran prezidentlərinin qatıldığı sammitdə Xəzərin hüquqi statusu ilə bağlı məsələlər və regionun təhlükəsizliyi müzakirə olunub.
Yığıncaqda dövlət başçıları tərəfindən ilk dəfə beştərəfli əməkdaşlığın əsas prinsiplərini müəyyən edən siyasi Bəyanat razılaşdırılıb.
Zirvə toplantısında 2 il müddətində Xəzərdə ortaq dəniz manevri edilməsi də gündəmə gəlib.

Rusiya prezidenti Vladimir Putin, zirvədə yayımlanan deklarasiyanın, Xəzərin hüquqi statusu ilə əlaqəli sazişin əsasını təşkil edəcəyini bildirib. Putin, sadəcə  Xəzərə sahili olon ölkələrin bölgədə hərbi varlığının olmasının vacibliyini vurğulayıb.
Azərbaycan prezidenti İlham Əliyev çıxışında Xəzər dənizinin gələcəkdə də sülh, dostluq və əməkdaşlıq bölgəsi olacağına ümid etdiyini bildirib. O, regional təhlükəsizliyǝ yeganə təhdidin Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı siyasət olduğunu vurğulayıb.
Qazaxıstan prezidenti Nursultan Nazarbayev də Xəzər hövzəsi ölkələri ilə sərbəst ticarət bölgəsi qurulmasını təklif edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr