İŞİD hücumları davam edir

İŞİD-ǝ qarşı hava hücumları, silahlıların Bağdad istiqamǝtindǝ irǝlilǝyişinin qarşısını ala bilmǝyib.

144091
İŞİD hücumları davam edir

ABŞ rǝhbǝrliyindǝki koalisiya qüvvǝlǝri, İraq vǝ Suriyadakı hǝdǝflǝri bombalamağa davam edir.
İŞİD-ǝ qarşı hava hücumları, silahlıların Bağdad istiqamǝtindǝ irǝlilǝyişinin qarşısını ala bilmǝyib.
Silahlıların Bağdada daxil olmalarına 2 kilometrdǝn az mǝsafǝ qaldığı iddia edilir.
Qǝrb mǝtbuatında yer tutan xǝbǝrlǝrdǝ, Bağdad ǝtrafında son iki gündǝ yüzlǝrlǝ İraq ǝsgǝrinin öldüyü irǝli sürülüb.
Koalisiya qüvvǝlǝri, İŞİD-in irǝlilǝyişinǝ mane olmaq üçün bombardmanı davam etdirir.
İŞİD silahlılarının Suriyada Türkiyǝ sǝrhǝddindǝki Ayn ǝl Arab şǝhǝrinǝ çox yaşınlaşdıqları bildirilib.
5 km mǝsafǝdǝ olan silahlıların ilk dǝfǝ şǝhǝr mǝrkǝzinǝ raketlǝ hücum etdiyi vǝ hadisǝ zamanı 1 nǝfǝrin öldüyü qeyd edilib.
İŞİD silahlıları indiyǝdǝk 67 kǝndi ǝlǝ keçirib.
Koalisiya qüvvǝlǝrinǝ mǝxsus qırıcılar Suriyadakı İŞİD hǝdǝflǝrini vurmağa davam edir.
Suriyalı müxalifǝt qaynaqları, koalisiya qırıcılarının bombardmanı nǝticǝsindǝ Suriyada bir hǝftǝdǝ 211 silahlı ilǝ 22 sakinin öldüyünü açıqlayıb.
Hava hüvumlarının, Әl Nusra ilǝ İŞİD-i yaxınlaşdırdığı da iddia edilir. İngiltǝrǝdǝ nǝşr olunan Quardian qǝzetinin xǝbǝrinǝ görǝ, Әl Nusra cǝbhǝsi ilǝ İŞİD rǝhbǝrlǝyi arasında, ortaq hǝrb planları hazırlamaq üçün yüksǝk sǝviyyǝli toplantılar keçirilir.
Digǝr tǝrǝfdǝn BMT toplantılarına qatılmaq mǝqsǝdilǝ Nyu Yorkda olan Suriya Xarici İşlǝr naziri Vǝlid Muallim, Asoşeytıd pres agentliyinǝ verdiyi müsahibǝdǝ, Amerikanın hava hücumlarına başlamadan 24 saat öncǝ onlara mǝlumat verdiyini bildirib.
Muallim deyib ki, biz İŞİD ilǝ vuruşuruq. Onlar da İŞİD ilǝ mübarizǝ aparır. Buna görǝ dǝ bizim üçün problem yoxdur.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr