İŞİD-ǝ qarşı beynǝlxalq koalisiyanın ǝmǝliyyatı

Terror tǝşkilatı İŞİD-in Suriyadakı hǝdǝflǝrinǝ qarşı beynǝlxalq koalisiyanın ǝmǝliyyatı davam edir.

140969
İŞİD-ǝ qarşı beynǝlxalq koalisiyanın ǝmǝliyyatı

Terror tǝşkilatı İŞİD-in Suriyadakı hǝdǝflǝrinǝ qarşı beynǝlxalq ǝmǝliyyat davam edir.
ABŞ-na mǝxsus qırıcı tǝyyarǝlǝr Deyruz-Zur vǝ Hasǝkǝdǝ neft zavodları yaxınlığındakı İŞİD hǝdǝflǝrini vurub. Fransaya mǝxsus qırıcılar isǝ İraqdakı hǝdǝflǝri bombalayıb.
İngiltǝrǝ dǝ İŞİD-ǝ qarşı hǝyata keçirilǝn hava ǝmǝliyyatlarına qatılacağını açıqlayıb.
Nümayəndələr palatasından 524 lehinə, 43 əleyhinə nisbəti ilə keçən qərar, hələlik yalnız tǝşkilatın İraqdakı obyektlərinə zərbə endirilməsinə icazə verir.
Danimarka da, İraq hökumǝtinin tǝlǝbinǝ görǝ 7 ǝdǝd F-16 qırıcı tǝyyarǝni bir illiyinǝ bölgǝyǝ göndǝrǝcǝyini açıqlayıb.
Bu arada, Amerika qırıcı tǝyyarǝlǝri tǝşkilatın Suriyada Deyruz-Zur vǝ Hasǝdǝdǝ neft zavodu yaxınlığındakı hǝdǝflǝrini, İraqda isǝ Kǝrkükün cǝnubunu vurub. Tǝşkilatın Kǝrkükdǝn mǝsul şǝxsi vǝ bǝzi yüksǝk sǝviyyǝli silahlıları öldürülüb.
ABŞ Müdafiǝ Nazirliyi, ǝmǝliyyatların bir günün 7 milyon yarım dollara başa gǝldiyini açıqlayıb.
Diğǝr tǝrǝfdǝn İraq Baş naziri Haydar ǝl-İbadi, tǝşkilatın Paris vǝ ABŞ-dakı metrolarına hücum planlaşdırıldığına dair ǝllǝrindǝ etibarlı mǝlumat olduğunu bildirib.
Bu arada, Fransa İslam Şurası, Әlcǝzayirdǝ girov saxlanılan Fransız vǝtǝndaşı Erve Qrudelin öldürülmǝsini qınayıb vǝ terroru lǝnǝtlǝyib. Parisdǝki Böyük Mǝscidin qarşısında keçirilǝn nümayişdǝ  terror tǝşkilatına etiraz edilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr