Azərbaycan-Ermənistan cəbhə xəttində şəhid

Azərbaycan Silahlı Qüvvələrinin zabiti, leytenant Baxışlı Allahverdi Əbülfəz oğlu döyüş postunda şəhid olub.

141464
Azərbaycan-Ermənistan cəbhə xəttində şəhid

Sentyabrın 27-də saat 10.25 radələrində Ermənistan silahlı bölmələri atəşkəs rejimini növbəti dəfə pozaraq Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar.
Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytına yer tutan xəbərə görə, düşmən tərəfindən açılan atəş nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin zabiti, leytenant Baxışlı Allahverdi Əbülfəz oğlu döyüş postunda şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verib və onlara səbr diləyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr