ABŞ, İŞİD hǝdǝflǝrini bombalayır

ABŞ, Suriyada İŞİD hǝdǝflǝrilǝ yanaşı Әl-Qaidǝ ilǝ bağlantısı olan Xorasan qrupunu da vurduğunu açıqlayıb.

136159
ABŞ, İŞİD hǝdǝflǝrini bombalayır

ABŞ, Suriyada İŞİD hǝdǝflǝrilǝ yanaşı Әl-Qaidǝ ilǝ bağlantısı olan Xorasan qrupunu da vurduğunu açıqlayıb.
Pentaqon, Xorasan qrupunun, ABŞ vǝ ya Avropada terror aktı hǝyata keçirmǝk üçün hazırlaşdığını vǝ bununla bağlı planların hazır olduğunu bildirib.
Pentaqon tǝrǝfindǝn verilǝn açıqlamaya görǝ, Xorasan qrupunun Hǝlǝb yaxınlığındakı mǝrkǝzlǝrinǝ sadǝcǝ Amerika qırıcılarının qatıldığı 8 hava zǝrbǝsi endirilib. Rakka vǝ İraq sǝrhǝddinǝ yaxın bölgǝlǝrdǝ İŞİD_ǝ aid qǝrargahlar vurulub.
Әmǝliyyatlara dǝstǝk verǝn 5 Ǝrǝb ölkǝsinin ya havadan kǝşfiyyat uçuşları hǝyata keçirdiklǝrini ya da bombardmana qatıldıqlarını bildirǝn Pentaqon, hava zǝrbǝlǝrinin ümumilikdǝ ABŞ qırıcıları tǝrǝfindǝn endirildiyini açıqlayıb.
Açıqlamada o da vurğulanıb ki, bu hava zǝrbǝlǝri hǝlǝ ǝmǝliyyatın başlanğıcıdır.
Hücumlar zamanı Xorasan qrupundan 50, İŞİD-dǝn isǝ 70 silahlının öldüyü irǝli sürülüb. Suriyalı müxaliflǝr, hücumlar zamanı 3-ü uşaq 8 dinc sakinin dǝ öldüyünü bildirib.
ABŞ sǝfirinin Suriyanın BMT-dǝki nümayǝndǝsinǝ hücumdan öncǝ mǝlumat verdiyinin ortaya çıxmasından sonra, Suriya Dövlǝt rǝhbǝri Bǝşǝr Ǝsǝd dǝ beynǝlxalq koalisiyanın terrorla mübarizǝsini dǝstǝklǝdiyini bildirib.
ABŞ prezidenti Barak Obama, İŞİD-ǝ qarşı mübarizǝnin uzun müddǝt davam edǝcǝyini vǝ İŞİD-in axırını gǝtirǝcǝklǝrini deyib.
Obama, hücumlara Ǝrǝb ölkǝlǝrinin dǝ qatılmasının, Amerikanın mübarizǝdǝ bir başına olmadığını göstǝrdiyini bildirib.
ABŞ, İraqdakı İŞİD hǝdǝflǝrini vurmaqda davam edir.
İraq Müdafiǝ Nazirliyi, ölkǝsinin qǝrbindǝ Suriya sǝrhǝddi yaxınlığında hǝyata keçirilǝn hücumlarda, onlarla İŞİD silahlısının öldürüldüyünü açıqlayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr