Türkiyə və Azərbaycan silahlı qüvvələrinin ortaq təlimləri

Türkiyə və Azərbaycan silahlı qüvvələrinin ortaq təlimləri davam edir.

135515
Türkiyə və Azərbaycan silahlı qüvvələrinin ortaq təlimləri

Türkiyə və Azərbaycan silahlı qüvvələrinin ortaq təlimləri davam edir.
Təlimlər çərçivəsində döyüş təyyarələri Azərbaycan səmasında uçuşlar həyata keçiriblər.
Xatırladaq ki, Azərbaycanın dövlət başçısı İlham Əliyevin dəstəklədiyi plan çərçivəsində reallaşdırılan təlimlərin ilk mərhələsi sentyabrın 13-ü başlayıb və 20-dək davam edib.
Təlimlərdə iştirak edən Türkiyə Hərbi Hava Qüvvələrinin pilotları Azərbaycan pilotları ilə birgə iki yerli döyüş-təlim MiQ-29 tipli qırıcı təyyarələrində Azərbaycanın hava məkanındakı uçuş zonaları, enmə və ehtiyat aerodromlarındakı şəraitlə tanış olmaq məqsədilə uçuşlar həyata keçiriblər.
Təlimlərdə Azərbaycan pilotlarının F-16 döyüş təyyarələrində türk pilotlar ilə ortaq uçuş həyata keçirməsi də nəzərdə tutulur.
Qeyd edək ki, təlimlərdə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 30-dan artıq aviasiya vasitələri, o cümlədən, MiQ-29, F-16 qırıcı, Su-25 hücum və C-130 Herkules hərbi-nəqliyyat təyyarələri, Mi-24, AH-1W Super Cobra döyüş və Mi-17, Sikorski UH-60 döyüş-nəqliyyat helikopterləri iştirak edirlər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr