Xalid Meşal: "Biz onları bağışladıq"

Meşal: “Fələstin müqaviməti, Qərbi Şəriya, Qüds və bütün Fələstin xilas olana qədər zəfər yolunda irəliləməkdә davam edəcək.

117720
Xalid Meşal: "Biz onları bağışladıq"

Livanın cənubundakı Sayda şəhərində Fələstin müqavimət qruplarının İsrailə qarşı qazandığı zəfər münasibətiylə təşkil edilən tәdbirә video konfrans vasitәsi ilә qatılan Həmasın Siyasi Büro Başçısı Xalid Meşal, “Fələstin müqaviməti, Qərbi Şəriya, Qüds və bütün Fələstin xilas olana qədər zəfər yolunda irəliləməkdә davam edəcək. Bəzi ərəb ölkələri çәtin günlәrimizdә Fәlәstin xalqından dәstәyini әsirgәdi, amma biz onları bağışladıq" deyә vurğulayıb.
Təşkilatları və partiyaları ilә Fələstin xalqına dəstək verən Livana təşəkkür edən Meşal, "Həmas, Livanda təhlükəsizlik və sabitliyin daimi olmasını istәyir. Bizlər Livanın pirinsiplәrinә hörmətlә yanaşır vә daxili işlərinə müdaxilә etmirik. Doğma vәtәnimizә qayıdana dәk, bu ölkәdә qonağıq" deyib.
"Müqavimət, Qüds və Fələstinin qurtuluşuna uzanan ən qısa və doğru yoldur" deyәn Həmasın Livan üzrә nümayəndəsi Əli Bәrәkә isə, Livandakı fələstinlilərin yeganə məqsədlәrinin vətənlərinə qayıtmaq olduğunu vurğulayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr