Husilər payvtaxt Sanaya gedәn yolları bağlayıb

Husilər, yolları bağlayaraq hәrbi texnikaların Sanaya giriş-çıxışlarına icazә vermirlәr.

117280
Husilər payvtaxt  Sanaya  gedәn  yolları bağlayıb

Yəmənin paytaxtı Sanada, hökumət əleyhdarı aksiyalar keçirmәkdә davam edәn Husilər, yolları bağlayaraq hәrbi texnikaların Sanaya giriş-çıxışlarına icazә vermirlәr.
Yəməndəki Husi hərəkatı liderlərindən Məhəmməd əl-Buhayti, təhlükəsizlik qüvvәlәrinin Husilәrә qarşı gücdәn istifadəsinә cavab olaraq paytaxt Sananın cənubu və qərbindəki yolları bağladıqlarını, hәrbi texnikaların şәhәrә daxil olmalarına vә çıxışlarına icazә vermәdiklәrini bildirib.
Yolları nə zaman açacaqları barәdә konkret məlumat verməyən Buhayti, "Bu addım, hökumətә son qoymaq, neftә dövlət dəstəyini qaldırma qərarının ləğvi və milli dialoq konfransında qәbul edilәn qərarların tətbiq olunmasına dair tәlәblәrimizә dövlətin lazımi cavabı vermәsinә qarşı atılıb” deyә vurğulayıb.
Sanada, dünən hava limanı yolunu bağlayan Husilərə, təhlükəsizlik qüvvələrinin müdaxilə etməsi nəticəsində 1 nəfər hәyatını itirib, 40 nәfәr dә xәsarәt alıb.
Husilər, hərəkatın lideri Əbdülməlik əl-Husi-nin çağırışıyla bir müddətdir paytaxt Sanada hökumət əleyhdarı aksiyalar təşkil edir.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr