Yəməndə məzhəb gərginliyi davam edir

Yəmənin şimalındakı Cevf şəhərində təhlükəsizlik qüvvələri ilə Husilər arasında baş verәn qarşıdurmada çox sayda insan hәyatını itirib.

116438
Yəməndə məzhəb gərginliyi davam edir

Yəmənin şimalındakı Cevf şəhərində təhlükəsizlik qüvvələri ilə Husilər arasında baş verәn qarşıdurmada 40 nəfər hәyatını itirib.
Qarşıdurma, Yəmən ordusuna dəstək verən tayfalar tәrәfindәn yaradılan Xalq Müdafiə Komitələri ilə Husi Ensarullah Hərəkatı silahlıları arasında baş verib.
Qarşıdurmalarda hәyyatını itirәnlәrin 30-nun Husi silahlılar olduğu qeyd edilir.
Şəhər bir neçə aydan bәridir, Husilər ilə "Xalq Müdafiə Komitelerinә" mәnsub silahlı tayfa üzvləri və Yəmən ordusu arasında şiddətli qarşıdurmalara səhnə olarkәn, Husilər, Sadadan irəliləyərək 8 İyulda Amram vilayətinә nәzarәti әlә keçirib vә hәmin tarixdәn etibarәn paytaxt Sanaya istiqamәtlәniblәr.
Paytaxt Sanada isә Husilər Avqust ayından bәridir etiraz aksiyaları tәşkil edirlәr. Hökumət tәrәfdaşları isə qarşı nümayişlərlə Husilərə cavab verir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr