Əsəd qoşunlarının zәrbәlәri nәticәsindә 106 nәfәr hәyatını itiri

Suriyada, Bəşər Əsədә sadiq ordu birlәşmәlәrinin, müxaliflərin nәzarәtindәki bölgələrə ağır texnikalarla təşkil etdiyi hücumlarda 106 nәfәr ölüb.

116866
Əsəd qoşunlarının zәrbәlәri nәticәsindә 106 nәfәr hәyatını itiri

Əsəd qoşunlarının zәrbәlәri nәticәsindә 106 nәfәr hәyatını itirib.
Suriyada, Bəşər Əsədә sadiq ordu birlәşmәlәrinin, müxaliflərin nәzarәtindәki bölgələrə ağır texnikalarla təşkil etdiyi hücumlarda 106 nәfәr ölüb.
Digәr tәrәfdәn Suriya Ümumi İnqilab Şurasının mәlumatına görә orduya mәxsus qırıcılar ölkənin şimalında yerlәşәn Hәlәb şәhәrindә müxaliflərin nәzarәtindә olan bölgələrə barrel və vakuum bombalar atıblar.
Hələb və Rakka şəhərlərinə təşkil edilən zәrbәlәr nәticәsindә bir çox mәskunlaşma mahallına ziyan dәyib. paytaxtın Duma, Dareya, Muleyha, Kabun və Cobar bölgəlәri isә Əsəd qüvvәlәrinin sıx hücumlarına məruz qalıb.
Suriya rəsmi xəbər agentliyi SANA isә təhlükəsizlik qüvvәlәrinin Hələb, Dera, Hama, Homs və paytaxt Dәmeşqin kәnar mәhәllәlәrinә təşkil etdiyi əməliyyatlarda çox sayda silahlı qruplaşmanın zәrәrsizlәşdirildiyini texnikalarının məhv etdiyini bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr