Әfqanıstanda daha bir xarici әsgәr öldürülüb

Əfqanıstanın şərqində Taliban tərəfindən təşkil edilən hücumda Beynəlxalq Təhlükəsizlik və Dəstək Qüvvәnin bir üzvü həyatını itirib.

113317
Әfqanıstanda daha  bir  xarici әsgәr öldürülüb

Əfqanıstanın şərqində Taliban tərəfindən təşkil edilən hücumda Beynəlxalq Təhlükəsizlik və Dəstək Qüvvәnin bir üzvü  həyatını itirib.
Beynəlxalq Təhlükəsizlik və Dəstək Qüvvәnin yazılı açıqlamasında hücum tәsdiqlәnsә dә hәyatını itirәn işçinin şəxsiyyəti ilә bağlı mәlumat verilmәyib.
Hazırda 50 min xarici әsgәrin olduğu Əfqanıstanda 2014-ci ilin əvvəlindən bu günә qәdәr 59 xarici əsgər həyatını itirib. Ölən əsgərlərin 42-si Amerika vәtәndaşıdır. NATO-nun ölkədəki döyüş missiyasının sona çatmasıyla ilin sonuna qədər bu əsgərlərin böyük qisminin Əfqanıstandan ayrılması gözlənilir.Digər tərəfdən, Əfqanıstanın Qəznə şəhərində Talibanın Kəşfiyyat Müdirliyinə təşkil etdiyi hücumda 15 nәfәr hәyatını itirib, 60-ı yaralanıb.
Qəznə valisi Musaxan Әkberzadeh verdiyi açıqlamada, səhər erkən saatlarda Taliban silahlıların Kəşfiyyat Müdirliyinin qarşısında bomba ilә tәchiz edilmiş avtomobillə intihar hücumu hәyata keçirdiklәrini, hadisәdәn sonra iki saat davam edən qarşıdurmada 13 silahlının zәrәrsizlәşdirildiyi, iki polisin də həyatını itirdiyi qeyd edilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr