BMT İraqa heyǝt göndǝrǝcǝk

BMT İnsan Haqları Şurası, İraqdakı insan haqları pozuntularına dair qǝrar layihǝsini qǝbul edib.

111145
BMT İraqa heyǝt göndǝrǝcǝk

BMT İnsan Haqları Şurası, İraqdakı insan haqları pozuntularına dair qǝrar layihǝsini qǝbul edib.
Qǝrarda, İraq Şam İslam Dövlǝti Tǝşkilatı vǝ onunla ǝlaqǝsi olan qrupların hǝyata keçirdiyi aktlar çǝrçivǝsindǝ İraqda insan haqlarının pozulmasından dǝrin narahatçılıq duyulduğu bildirilǝrǝk, bu hallar qınanıb.
Qǝrarda, ölkǝdǝki insan haqları pozuntularının araşdırılması üçün BMT İnsan Haqları Ali Komissarlığı tǝrkibindǝ bir missiya yaradılması mǝnimsǝnib.
Digǝr tǝrǝfdǝn BMT, İraqda davam edǝn zorakılıq hadisǝlǝrindǝ ölǝnlǝrin sayının 1420 olduğunu, 1370 insanın isǝ yaralandığını açıqlayıb. Bu da, İŞİD-in sǝbǝb olduğu şiddǝti ortaya qoyur. Amma Suriya sǝrhǝddindǝ yerlǝşǝn Anbar vilayǝtindǝ ölǝnlǝrin buna daxil olmadığı bildirilib.
BMT-nin mǝlumatına ǝsasǝn, avqust ayında 600 min insan isǝ İraqda yaşadığı yerlǝri tǝrk etmǝli olub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr