Şeytat tayfası mәnsubu 700 nәfәr öldürülüb

İraqın şimalında 80 Yezidini öldürən İŞİD silanhlıları, Suriyanın şərqində eyni tayfa mәnsubu olan 700 nәfәri qәtlә yetiriblәr.

93550
Şeytat tayfası mәnsubu  700  nәfәr öldürülüb

İŞİD İraq və Suriyada qırğınlar törәtmәkdә davam edir.
İraqın şimalında 80 Yezidini öldürən İŞİD silanhlıları, Suriyanın şərqində eyni tayfa mәnsubu olan 700 nәfәri qәtlә yetiriblәr.
ABŞ-nın İraqda İŞİD-e istiqamətli hava hücumları isə davam edir.
ABŞ və İraq ordusu Mosul su anbarına nәzarәti yenidәn ələ keçirmək üçün əməliyyat təşkil edib.
ABŞ-na mәxsus qırıcılar İŞİD hədəflərinә aviazәrbә tәşkil edәrkәn, peşmәrgә də qurudan dәstәk verib. Hücumda İŞİD mәnsubu 11 silahlı zәrәrsizlәşdirilib. 9-u yaralanıb.
İraq ordusunun, Enbarda təşkil etdiyi aviazәrbәdә isә 15 İŞİD mәnsubu öldürülüb.
Digәr tәrәfdәn bir Yezidi millət vəkili və bir Kürd səlahiyyətlinin mәlumatına әsasәn, İŞİD, ölkənin şimalındakı bir Yezidi qəsəbəsində Cümə günü 80 qədər Yezidi öldürüb. Qadın və uşaqları isә oğurlayıb.
Suriya İnsan Haqqları müşahidә mәrkәzi adlı izlәmә tәşkilatının açıqlamasında isә İŞİD-in, Suriyanın şərqində yerlәşәn Şeytat tayfasının 700 üzvünü öldürdüyü bildirilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr