Deputat Sinan Oğan yaralı Azәrbaycanlı әsgәrә baş çәkib

Türkiyə Böyük Millət Məclisindә tәmsil olunan Milliyyətçi Hərəkat Partiyası millәt vәkili Sinan Oğan Ankarada müalicə alan Azərbaycan əsgərlərini ziyarət edib.

93528

Bu barədə millət vəkili öz “Facebook” səhifəsində yazıb.
“Azərbaycanda erməni hücumları nəticəsində yaralanan və müalicə üçün Türkiyəyə gələn azərbaycanlı əsgər qardaşlarımızı ziyarət etdik.
Həm keçmiş olsun dedik, həm də hər cür dəstəyimizin onlarla olduğunu söylədik. Bundan başqa, həkimlərlə görüşüb, ehtiyaclarını öyrəndik. Azərbaycandakı ailələri ilə də görüşüb burda əmin əllərdə olduqlarını qeyd etdik” deyə Sinan Oğan bildirib.
Qeyd edək ki, təcavüzkar Ermənistanın hərbi birləşmələrinin hücumları zamanı yaralanmış Azərbaycan Silahlı Qüvvələrinin üç hərbçisi-Ədalət Məmmədov, Elvin Əsgərov və Sərxan Tahirzadə avqustun 9-da müalicə üçün Türkiyəyə gətirilib.

Etiketlәr:

Әlaqәli Xәbәrlәr