İraqda iqtidar mübahisələri şiddətlənir

Nuri Əl Maliki, prezident Fuad Masumun hökuməti formalaşdırması vəzifəsini həvalə etdiyi Haydar Əl İbadini tanımadığını açıqlayıb.

88220
İraqda iqtidar mübahisələri şiddətlənir

İraqda iqtidar mübahisələri şiddətlənir.
Nuri Əl Maliki, prezident Fuad Masumun hökuməti formalaşdırması vəzifəsini həvalə etdiyi Haydar Əl İbadini tanımadığını açıqlayıb.
İraq Baş naziri Nuri Əl Maliki, , Haydar Əl İbadinin yeni baş nazir olaraq təyin edilməsini konstitusiyanın pozulması kimi qiymətləndirdiyini və məhkəməyə müraciət edəcəyini söyləyib.
Haydar Əl İbadiyə  hökuməti formalaşdırma vəzifəsinin həvalə olunması Amerika Birləşmiş Ştatları və İngiltərədə isə məmnuniyyətlə qarşılanıb.
Amerika Birləşmiş Ştatları vitse prezidenti Joe Biden,Haydar Əl İbadini telefon vasitəsilə təbrik edib.
Digər tərəfdən İngiltərə Xarici işlər Naziri Philip Hammond, Haydar Əl İbadinin baş nazir təyin edilməsini məmnuniyyətlə qarşıladığını ifadə edərək, ölkəsinin İraq xalqına olan dəstəyinin davam edəcəyini bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr