Dağlara sığınan Yezidilər üçün təhlükəsiz çıxış yaradılıb

İraqda İŞİD təhdidindən qaçaraq dağlara sığınan Yezidilər üçün təhlükəsiz çıxış yaradılıb.

85185
Dağlara sığınan Yezidilər üçün təhlükəsiz çıxış yaradılıb

İraqda İŞİD təhdidindən qaçaraq dağlara sığınan Yezidilər üçün təhlükəsiz çıxış yaradılıb. İndiyə qədər 10 min Yezidinin xilas olunduğu bildirilir.
Bir hәftә әvvәl İŞİD-in ələ keçirdiyi Sincarı tərk edib dağa qaçan təxminən 50 min Yezidinin vəziyyətiylə əlaqədar narahatlıqlar artır.
İraq parlamentində tək Yezidi millət vəkili olan Feyyan Daxil, “Bu insanlara kömək üçün bir və ya iki günümüz qalıb. Daha sonra kütləvi ölümlər başlayacaq” xəbərdarlığını edib.
İŞİD terroru səbəbiylə dağlara qaçmaq məcburiyyətində qalan 50 min Yezidinin, etibarlı bölgələrə evakuasiya işləri davam edir.
Yezidilər Peşmergenin açdığı təhlükəsizlik yolundan istifadə edərək, Suriyaya evakuasiya edilirlər.
Bu arada bəzi bölgələrdə İŞİD xadimləri ilə Peşmerge arasında qarşıdurmalar davam edir.
Peşmergeyə, İraq ordusu da hava əməliyyatları ilə dəstək verir. Amerika ordusunun, Sincar yaxınlarında Yezidi dinc sakinlərə atəş açan İŞİD silahlılarını, bombaladığı bildirilir. Əməliyyatda İŞİD-ə aid texnikalar və bir yük maşını dağıdılıb.

İŞİD-in İraqda reallaşdırdığı hücumlar, Almaniyada yaşayan Yezidilər və kürdlər tərəfindən etiraz edilib.
Avropa Yezidilər Federasiyası qarşısında təşkil edilən nümayişə, müxtəlif təşkilatlar və Alman siyasi partiyaları dəstək verib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr