Cǝbhǝ xǝttindǝ vǝziyyǝt bir hǝftǝdir gǝrginliyini qoruyur
Qarşılıqlı olaraq sǝrt açıqlamalar yayılır.
Azǝrbaycan-Ermǝnistan cǝbhǝ xǝttindǝ vǝziyyǝt gǝrgin qalmaqdadır.
Cǝbhǝ xǝttindǝki atışmalarda Azǝrbaycan ordusundan 17 ǝsgǝr şǝhid olub.
Yaralanan ǝsgǝrlǝrdǝn üçü bu gün Türkiyǝyǝ gǝtirilǝcǝk.
Azǝrbaycan-Ermǝnistan cǝbhǝ xǝttindǝ vǝziyyǝt bir hǝftǝdir gǝrginliyini qoruyur.
Son olaraq bir qrup ermǝni ǝsgǝr Tovuz bölgǝsindǝn Azǝrbaycan ǝrazilǝrinǝ daxil olmağa çalışıb.
Nǝticǝdǝ baş verǝn atışmada 5 ermǝni ǝsgǝri mǝhv edilib.
Bu hadisǝnin ardından qarşılıqlı olaraq sǝrt açıqlamalar yayılıb.
Ermǝnistan Müdafiǝ naziri Seyran Ohanyan, “Azǝrbaycanın Mingǝçevir su bǝndini vura bilǝrik” deyǝ tǝhdid edib.
Azǝrbaycan Müdafiǝ Nazirliyi dǝ buna cavab olaraq yayımladığı açıqlamada, “belǝ bir hücum olacağı tǝqdirdǝ İrǝvanı yerlǝ-yeksan edǝrik,” deyǝ bildirib.
Digǝr tǝrǝfdǝn gǝrginliyin başa çatdırılması üçün diplomatik tǝşǝbbüslǝr davam edir.
Rusiya prezidenti Vladimir Putin, Azǝrbaycan vǝ Ermǝnistan prezidentlǝrilǝ Soçidǝ ayrı-ayrılıqda görüş keçirǝcǝk.
Razılıq ǝldǝ edilǝcǝyi tǝqdirdǝ görüş avqustun 10-dǝ baş tutacaq.
Әlaqәli Xәbәrlәr
Rusiya nüvə silahından istifadə təlimləri keçirəcək
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir ki ...
Tacikistan, Qırğızıstan və Özbəkistan vətəndaşları Rusiyaya qəbul edilmir
Rusiya gömrükçüləri baş örtülü qadınların, saqqallı, lakin bığsız kişilərin keçidini qəbul etmir