500 yezidi öldürülüb

İraqda yezidilǝrin sıx yaşadığı Mosulun Sincar qǝsǝbǝsini ǝlǝ keçirǝn İŞİD silahlılarının yezidilǝrdǝn 500 adamı öldürdüyü, 500 qadını da girov saxladığı iddia edilib.

80823
500 yezidi öldürülüb

İŞİD silahlıları, 500 yezidini öldürüb.
İraqda yezidilǝrin sıx yaşadığı Mosulun Sincar qǝsǝbǝsini ǝlǝ keçirǝn İŞİD silahlılarının yezidilǝrdǝn 500 adamı öldürdüyü, 500 qadını da girov saxladığı iddia edilib.
Kürdistan Yursevǝrlǝr Birliyinin Yezidi millǝt vǝkili Feyyan Dahil, ötǝn gün İraq parlamentindǝ verdiyi mǝtbuat açıqlamasında, girov götürülǝn qadınların Tǝlaferǝ yaxın bölgǝlǝrǝ aparıldığını bildirib.
Yezidilǝrǝ qarşı soyqırımı törǝdildiyi barǝdǝ xǝbǝrdarlıq edǝn Feyyan Dahil, Bağdaddakı mǝrkǝzi hökumǝt ilǝ Kürd rǝhbǝrliyinǝ, yezidilǝrin qarşı qarşıya olduqları bu pis vǝziyyǝtdǝn xilas edilmǝsi üçün çağırış edib.
Digǝr tǝrǝfdǝn İŞİD silahlıları, Ərbilǝ 55 km mǝsafǝdǝ olan Mahmur qǝsǝbǝsindǝ Peşmergǝnin nǝzarǝtindǝki Gavǝr qǝsǝbǝsinǝ hücum edib.
İki saat davam edǝn atışmalardan sonra İŞİD-in geri çǝkilmǝk mǝcburiyyǝtindǝ qaldığı bildirilib. Toqquşma zamanı 2 İŞİD silahlısı ölüb.
Mosulun Mahmudiyyǝ kǝndinin nǝzarǝtini ǝlǝ keçirmǝk üçün hücum edǝn Peşmergǝ ilǝ İŞİD arasında şiddǝtli döyüşlǝr gedir.
Atışmalarda Peşmergǝyǝ Suriyadakı Xalq Müdafiǝ Qüvvǝlǝri dǝ kömǝklik göstǝrir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr