İyul ayında İraqda 1700 insan ölüb
BMT iyul ayında İraqda 1700 iraqlının öldüyünü açıqlayıb.
BMT iyul ayında İraqda 1700 iraqlının öldüyünü açıqlayıb.
İraqdakı BMT Missiyası, iyul ayında İraqda hǝyatını itirǝnlǝrǝ dair hesabat hazırlayıb. Hesabata ǝsasǝn iyul ayında 1200-ü mülki ǝhalidǝn olmaqla 1700 iraqlı, zorakılıq hadisǝlǝri vǝ terrorizm nǝticǝsindǝ ölüb.
BMT Baş katibinin İraq üzrǝ özǝl nümayǝndǝsi Nickolay Mladenov, hesabata dair verdiyi açıqlamada, uşaq vǝ qadınlar başda olmaqla müdafiǝsiz mülki ǝhalinin ölümündǝ artım olmasından dǝrin narahatlıq duyduğunu bildirib.
Mladenov, atışmaların bütün tǝrǝflǝrindǝn bir daha mülki ǝhaliyǝ vǝ beynǝlxalq insani hüquq qaydalarına hörmǝtlǝ yanaşılmasını istǝyib.
Hesabatda, ölkǝdǝki toqquşmalardan başda Bağdad olmaqla ǝn çox tǝsirlǝnǝn şǝhǝrlǝrin Sǝlahaddin, Ninewa, Kǝrkük vǝ Diyala olduğu bildirilib. Ramadi vǝ Anbardakı nǝticǝlǝr isǝ hesabatda dǝyǝrlǝndirilmǝyib.
Әlaqәli Xәbәrlәr
İraqdakı Kor-Mor təbii qaz yatağı hədəf alınıb, ölən və yaralananlar var
Hücumdan sonra Kor-Mor təbii qaz yatağında yanğın baş verib.