Atəşkəslә bağlı naməlumluq davam edir

Qəzzada, atəşkəs mövzusu ilә bağlı naməlumluq davam edir.

72908
Atəşkəslә  bağlı naməlumluq davam edir

Həmasın, Ramazan Bayramı səbəbiylə BMT-nın çağırışına әmәl edәrәk 24 saatlıq atəşkəs təklifini qəbul etdiyi açıqlamasına baxmayaraq bölgədən qarşıdurma xəbərləri gəlməkdә davam edir. Hәr iki tәrәf dә atəşkəs qәrarını qarşı tərəfin pozduğunu sәslәndirәrәk bir birlәrini ittiham edir.
İsrailin hücumları nәticәsindә Qəzza Zolağında hәyatını itirәnlәr Fәlәstinlilәrin sayı 1062 nәfәrә çatıb. Çoxu qadın və uşaq olmaqla 6 min 300 dә yaralı var.
Bölgədə su, qida, dərman və tibbi vəsaitin olmaması böhranın artmasına sәbәb olarkәn, qırğında həyatını itirənlәrin 42, xәsarәt alanların isә 54 faizini uşaqların təşkil etdiyi bildirilir. İsrail isə bu günə qədər 43 əsgərinin öldüyünü açıqlayıb.
Digәr tәrәfdәn, ABŞ prezidenti Barak Obama, İsrail Baş naziri Benyamin Netanyahuya telefon edәrәk humanitar yardımlar üçün Qəzzada şərtsiz atəşkəsin bәrpasının zәruri olduğunu deyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr