Davudoğlu "Atəşkəsin bәrpası üçün sәy edirik"

Davudoğlu, atәşkәsin bәrpası uğrunda sәylәrinin davam etdiyini bildirib.

69578
Davudoğlu "Atəşkəsin bәrpası üçün sәy edirik"

Qəzza Zolağında atəşkəsin təmin edilməsi üçün gecə-gündüz demədən sәy etdiklәrini ifadә edәn Türkiyә xarici işlər naziri Əhməd Davudoğlu, Avropa İttifaqının İslahat İzləmə Qrupu yığıncağına qatılmaq üçün ötәn gün getdiyi Erzurum şәhәrindә jurnalistlәrin İsrailin Qəzza Zolağına istiqamәtli hücumları ilә bağlı suallarına, bölgədə atəşkəsin bәrpası uğrunda səylәrimiz davam edir deyә cavab verib. Avropa İttifaqına üzv ölkәlәrin bölgәdә törәdilәn qırğına ciddi reaksiya vermәdiklәrini ifadə edən Davudoğlu, " Kim hadisәlәrә biganә qalarsa qalsın, Türkiyə bütün gücü ilә bu drama reaksiya verməkdә, atəşkəsin tәcili olaraq bәrpası uğrunda sәy göstәrmәkdә davam edәcәk deyә vurğulayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr