Atәşkәs danışıqları nәticәsiz qaldı

Fransanın xarici işlər naziri Loran Fabyus İsrailin baş naziri Benyamin Netanyahu ilə apardığı müzakirələrin nəticəsiz başa çatdığını söyləyib.

64714
Atәşkәs danışıqları nәticәsiz qaldı

Atəşkəsə nail olunması üçün Qüdsdə olan Fransanın xarici işlər naziri Loran Fabyus İsrailin baş naziri Benyamin Netanyahu ilə apardığı müzakirələrin nəticəsiz başa çatdığını söyləyib. Vətəndaş itkisinin artmasından narahatlıq ifadə edən Fransalı diplomat quru əməliyyatının həftələrlə davam edə biləcəyini deyib. Qoruyucu Xətt adı altında keçirilən əməliyyatda 79-uşaq, 28-i qadın olmaqla 345 Fələstinli həyatını itirib, 2 min 390 nəfər isə yaralanıb. Bu arada İsrail Ordusu Qəzza sərhədində Həmas üzvlərinin İsrailə keçmək üçün istifadə etdiyi 13 tuneli məhv etdiyini açıqlayıb. Beyt Hanunda isə 3-ü uşaq olmaqla eyni ailədən 8 nəfər həyatını itirib. İsrailin Qəzzaya elektrik enerjisinin verilməsini dayandırması səbəbi ilə bölgədə enerji qıtlığı yaranıb. Əməliyyatların başlamasından bu günə qədər Qəzzadan İsrailə atılan 1663 raketin isə 346-sı Dəmir Qübbə müdafiə sistemi tərəfindən məhv edilib. İsrail Polisi Qəzzadan atılan bir mərminin İsrailin cənubundakı Dimona şəhəri yaxınlarına düşməsi nəticəsində 1 nəfərin öldüyünü, 4 –nün isə yaralandığını bildirib. Qeyd edək ki, Dimona İsrailin nüvə reaktorunun yerləşdiyi şəhərdir. Hətta İsrailin nüvə silahlarınında Dimonada olduğu deyilir və rəsmi Təl – Əviv bu günə qədər bu məlumatı təkzib etməyib. Bu arada Qəzzada quru əməliyyatlar başlayandan bu yana ilk dəfə sərhədin İsrail tərəfində də qarşıdurma meydana gəlib. Nəticədə 1 həmas xadimi və 2 İsrail əsgəri ölüb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr