Dövlǝt başçısı Gül, Şimali Qıbrıs Türk Cümhuriyyǝtinǝ sǝfǝr edib

Dövlǝt başçısı Abdullah Gül, 20 İyul Sülh və Azadlıq Bayramının 40-cı ildönümü mǝrasimlǝrinǝ qatılmaq mǝqsǝdilǝ Şimali Qıbrıs Türk Cümhuriyyǝtinǝ sǝfǝr edib.

64304
Dövlǝt başçısı Gül, Şimali Qıbrıs Türk Cümhuriyyǝtinǝ sǝfǝr edib

Dövlǝt başçısı Abdullah Gül, 20 İyul Sülh və Azadlıq Bayramının 40-cı ildönümü mǝrasimlǝrinǝ qatılmaq mǝqsǝdilǝ Şimali Qıbrıs Türk Cümhuriyyǝtinǝ sǝfǝr edib.
Dövlǝt başçısı kimi ilk xarici səfərini 2007-ci ildə Şimali Qıbrıs Türk Cümhuriyyǝtinǝ reallaşdırdığını xatırladan Gül, son ziyarətini də prezidenti Dǝrviş Əroğlunun dəvətinə ǝsasǝn 20 İyul Sülh və Azadlıq Bayramının 40. il dönümü sǝbǝbilǝ Qıbrısa edǝcǝyindǝn məmnuniyyət duyduğunu ifadə edib.
Gül, səfər zamanı, Qıbrıs müzakirǝlǝrindǝ son prosesindǝ son mǝrhələni dǝyǝrlǝndirǝcǝklǝrini və ölkəmiz arasındakı yaxın əlaqələrin gücləndirilməsi üçün yerinǝ yetirilǝcǝklǝri müzakirǝ edǝcǝklǝrini bildirib.
Adadakı 50 illik problemin qurbanı olan Qıbrıs Türk xalqının mǝsǝlǝnin həlli və razılıq ǝldǝ edilmǝsi istiqamətindəki iradəsinin hər kəsin malumu olduğunu ifadə edən Dövlǝt başçısı Gül deyib ki, "2004-cü ildə Qıbrıs sülh planına bəli deyən tərəf Türk xalqı olmuşdur. Buna baxmayaraq haqsız sanksiyalar və maneəlǝrin hələ də davam etmǝsini izah etmək qeyri-mümkündür. Beynəlxalq ictimaiyyətin bu istiqamətdə ciddi addımlar atmasını gözlədiyimizi bu vəsilə ilə bir dəfə daha vurğulamaq istəyirəm.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr