Türkmənlərin İŞİD təhlükəsindən qaçışı davam edir

Sincara gedən 50 min Türkmən regional kürd rəhbərliyinin qurduğu çadırlarda yerləşməyə başlayıb.

130401
 Türkmənlərin İŞİD təhlükəsindən qaçışı davam edir

İraqda türkmənlərin İŞİD təhlükəsindən qaçışı davam edir.
İŞİD-in 3 həftə əvvəl ələ keçirdiyi Telaferdə minlərlə Türkmen şəhəri tərk edərək peşmergənin idarəsi altında olan Sincar qəsəbəsinə axın edir.
Sincara gedən 50 min Türkmən regional kürd rəhbərliyinin qurduğu çadırlarda yerləşməyə başlayıb.
Telaferdən qaçanlar İŞİD-in şiə Türkmənləri bölgəni tərk etməyə məcbur etkiyini söyləyib.
Erbilə gələn bir çox Türkmən də hava yolu ilə Kərbəla və Nəcəf kimi şiə şəhərlərinə və ya paytaxt Bağdada üz tutur. Bu arada İraqlı millət vəkilləri məclis sədrini və onun müavinlərini müəyyən etmək üçün toplanıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr