Diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsi

İyulun 7-də Xarici İşlər Nazirliyində Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsi keçirilib.

122037
Diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsi

İyulun 7-də Xarici İşlər Nazirliyində Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsi keçirilib.
Xarici İşlǝr naziri ilǝ Prezident İlham Əliyev müşavirədə iştirak ediblǝr.
Prezident İlham Əliyev müşavirədə çıxış edib. Dövlət başçısı Azərbaycanın xarici siyasətinin öz prinsipiallığı və müstəqilliyi ilə seçildiyini deyib.
Prezident İlham Əliyev bildirib ki, diplomatların fəaliyyəti ilk növbədə geniş dünya ictimaiyyətinin Qarabağla, o cümlədən İrəvan xanlığı ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasına istiqamətlənməlidir.
Prezident İlham Əliyev bir daha vurğulayıb ki, Azərbaycan ərazisində 2-ci erməni dövlətinin yaranması qətiyyən mümkün deyil və Azərbaycan buna heç vaxt imkan verməyəcək. Xarici siyasətlə bağlı əsas istiqamətlərdən danışarkən Prezident İlham Əliyev Ermənistan istisna olmaqla, qonşu ölkələrlə münasibətlərin sağlam, bərabərhüquqlu münasibətlər və möhkəm zəmin üzərində qurulduğunu, həmin ölkələrlə əlaqələrin ikitərəfli və çoxtərəfli formatlarda təmin edildiyini deyib.
Prezident İlham Əliyev müsəlman ölkələri ilə əlaqələrdən danışıb və qeyd edib ki, Azərbaycan islam həmrəyliyinin gücləndirilməsinə öz töfhəsini verir.
Dövlət başçısı beynəlxalq təşkilatlarla əməkdaşlıqdan da danışıb, diaspor təşkilatları ilə səfirliklərin birgə fəaliyyətinin önəmini qeyd edib, enerji diplomatiyasındakı uğurlara da diqqəti çəkib, bu imkanların xarici siyasətə müsbət təsir göstərdiyini deyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr