Maliki, baş nazirliyə namizədliyini geri götürməyəcək

İraqın Baş naziri Nuri əl-Maliki qurulacaq yeni hökumətdə baş nazirliyə namizədliyini geri götürməyəcəyini söyləyib.

118266
Maliki, baş nazirliyə namizədliyini geri götürməyəcək

Nuri əl-Maliki dövlət televiziyasında yayımlanan çıxışında terroristlər qarşısında döyüş meydanından çəkilməyəcəyini deyib.
O, bunun əksinin vətəni və əxlaqı qorumaq məsuliyyətindən qaçmaq mənasını verdiyini bildirib.
İraqın düşmənlərini məğlub edənə qədər silahlı qüvvələrin və könüllülərin yanında döyüşməyə davam edəcəyini də vurğulayan Nuri əl-Maliki Qanun Dövləti Koalisyasının Məclisdə ən çox yerə sahib blok olduğunu da xatırladıb.
Qeyd edək ki, son seçkilərdə Malikinin lideri olduğu Qanun Dövləti Koalisiyası parlamentdə 93 yer qazanıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr