Müzakirǝ prosesi davam edir

Qıbrıs mǝsǝlǝsinin hǝllini tapması mǝqsǝdilǝ başladılan müzakirǝ prosesi davam edir.

114709
Müzakirǝ prosesi davam edir

Qıbrıs mǝsǝlǝsinin hǝllini tapması mǝqsǝdilǝ başladılan müzakirǝ prosesi davam edir.
Qıbrıslı Türk müzakirǝçi Qudrǝt Özǝrsay ilǝ Rum müzakirǝçi Andreas Mavroyannis, bir ortaqlıq dövlǝti qurulması mǝqsǝdilǝ neytral bölgǝdǝ bir araya gǝlib.
4 saat davam edǝn görüşdǝ, Avropa İttifaqı vǝ keçid dövrü ilǝ bağlı mövzular müzakirǝ edilib.
Avropa İttifaqı qǝrarlarının qǝbul edilmǝsinǝ birlǝşmiş Qıbrısın nǝcǝ qatılacağı, Qurucu dövlǝtlǝrin qǝrarlarının qǝbulunda necǝ rol götürülǝcǝyi mǝsǝlǝlǝrindǝn dǝ danışılıb.
Görüşdǝ, qurulacaq ortaqlıq dövlǝtinǝ keçid dövrü dǝ müzakirǝ edilib.
Türk tǝrǝfi görüşdǝ, mǝnzillǝr mǝsǝlǝsinǝ dair tǝklif tǝqdim edib.
Türk müzakirǝçi Özǝrsay deyib ki, digǝr qurucu dövlǝtdǝn gǝlib bir qurucu dövlǝtdǝ yerlǝşǝcǝk şǝxslǝrin sayı mǝhdud olmalıdır. Bu mǝsǝlǝyǝ dair tǝklifimizi Qıbrıs Rum tǝrǝfinǝ tǝqdim etdik.
İyulun 4-dǝ keçirilǝcǝk görüşǝ, Şimali Qıbrıs Türk Cümhuriyyǝti prezidenti Dǝrviş Əroğlu vǝ Rum icmasının lidǝri Nikos Anastasyadis dǝ qatılacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr