Toqquşmalar davam edir

İraqda, ordu ilǝ İŞİD silahlıları arasındakı toqquşmalar davam edir.

97127
Toqquşmalar davam edir

İraqda, ordu ilǝ İŞİD silahlıları arasındakı toqquşmalar davam edir.
İraq qırıcı tǝyyarǝlǝrinin, Diyalada hǝyata keçirdiyi hücumda, çoxlu sayda İraq Şam İslam Dövlǝti tǝşkilatına mǝnsub silahlının öldürüldüyü bildirilib.
Tǝlafǝrin tamamilǝ İŞİD-in ǝlinǝ keçdiyi barǝdǝki xǝbǝrlǝr tǝkzib edilib. Tǝşkilatın, yüksǝk sǝviyyǝli iki nümayǝndǝsinin ǝsir götürüldüyü irǝli sürülüb.
Sabiq bir millǝt vǝkili açıqlama verǝrǝk deyib ki, Tǝlafǝrdǝ ötǝn gün axşamdan bǝridir müqavimǝt göstǝrilmǝkdǝ davam edir, şǝhǝr tamamilǝ İŞİD-in nǝzarǝtindǝ deyil.
Şǝhǝrdǝ orduya mǝxsus qırıcı tǝyyarǝlǝrin bombardmanı davam etdirdiyi bildirilib.
Çoxlu sayda sakinin hǝyatını itirdiyi toqquşmalarda İŞİD tǝşkilatına mǝnsub olanlardan ölǝnlǝrin olduğu da qeyd edilib.
İŞİD-in Bağdadda irǝlilǝyişini dǝ dayandırdığı bildirilib.
Bu arada, ABŞ Müdafiǝ Nazirliyi sözcüsü John Kirby, Vyanada, amerikalı vǝ iranlı rǝsmilǝr arasında bölgǝnin tǝhlükǝsizliyilǝ bağlı görüşlǝr keçirilǝ bilǝcǝyini, ancaq bunun hǝr hansı bir hǝrbi ǝmakdaşlığı ehtiva etmǝyǝcǝyini açıqlayıb.
Qeyd edǝk ki, ABŞ Dövlǝt Katibi John, daha öncǝ yaydığı açıqlamada bildirmişdir ki, İraqda İŞİD-in irǝlilǝyişinin qarşısını almaq üçün Tehran ilǝ ǝmǝkdaşlıq seçimi istisna deyil.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr